Görkəmli bəstəkar Cövdət Hacıyevin və SSRİ Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradova-Dilbazi Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.
Hafta.az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil şahverdiyev məlumat yayıb.
ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin Mədəniyyət işləri üzrə direktorudur. O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir. Pərvin Muradova-Dilbazinin təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir.